“Rəsmi Bakı ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir” – Politoloq

 

“İranın yeni hakimiyyətinin daxili işlərimizə kobud müdaxilələri və “Azərbaycanda beynəlxalq terrorçuların varlığı” haqqındakı ittihamları rəsmi Bakını hərəkətə keçirdib”

“Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında son vaxtlarda fəalların həbs olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və “Amnesty İnternational” təşkilatına müraciət edib. Söhbət İkinci Qarabağ müharibəsi zamanı Cənubi Azərbaycan şəhərlərində – Təbrizdə və Ərdəbildə Azərbaycan Respublikasına dəstək aksiyalarında iştiraklarına görə həbsxanalarda saxlanılan fəallardan gedir. Onların günahı odur ki, Azərbaycana dəstək veriblər və buna görə İran polisi onları həbs edib.

Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, fəalları həbs etməklə yanaşı, onlara qarşı orta əsrlərdə olduğu kimi qamçı cəzası hökmü də çıxarıblar: “Azad olunanlar isə müxtəlif cərimələr ödəmək məcburiyyətində qalıblar. Azərbaycanın hüquq müdafiəçiləri, İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsi, onlara qarşı qeyri-insani tərzdə davranması və həbs edilməsini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edir”.

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri ehtimal edir ki, bu müraciət rəsmi Bakının təşəbbüsü ilə hazırlanıb və doğru strategiyadır: “Rəsmi Bakı Tehranla münasibətlərdə problem istəmirdi və İranın daxili işlərinə qarışmırdı. Ancaq İranın yeni hakimiyyətinin Azərbaycanın daxili işlərinə kobud müdaxilələri və Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar, o cümlədən “Azərbaycanda beynəlxalq terrorçuların varlığı” haqqındakı ittihamları rəsmi Bakını hərəkətə keçirdib. Tehranın saxta ittihamları qarşısında Bakı İranda Azərbaycanla bağlı dəstək aksiyaların iştirak edən fəalların azad olunmasını tələb edir. Rəsmi Bakı bununla ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir. Bu hələ son deyil“.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password