İranın PUA bazası bombalandı: ölənlər var – Video

 

İsrail hərbi hava qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.

Nəticədə İranın dəstəklədiyi qruplaşmadan dörd nəfər ölüb, yaralıların olduğu deyilir.

Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.

Xatırladaq ki, oktyabrın 8-də İsrail hərbi hava qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password