Rus ekspert Paşinyana şeir yazdı: “Kasıb erməniləri isitmək üçün…”

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistan Baş naziri Nikol Paşinyana ironiyalı şeir həsr edib.

Ekspert bu barədə Feysbuk səhifəsində yazıb.

Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə görüşünə münasibət bildirən Korotçenko Paşinyanın bu səfərinin ermənilərin ölkəsində əsl bayram havası yaratdığını deyib.

Onun Paşinyana həsr etdiyi şeir belədir:

Bu gün ermənilər edir bayram,

Çünki Moskvaya gəlib Paşinyan.

Rusiya ilə dost olmaq istəyir

Qaz ala bilmək üçün endirimlə.

Qabaqdan qış gəlir,

Onların isə odundan başqa

yoxdur heç nəyi,

Qaz isidəcək kasıb erməniləri”.

İqor Korotçenko Rusiya lideri ilə salamlaşdıqdan sonra onu qucaqlayan Paşinyanı özündən uzaqlaşdırmağa çalışdığını söyləyib.

O, məlum görüşdə çəkilmiş fotonu paylaşaraq qeyd edib:

“Paşinyan fotoşəkildə “qardaşlıq hisləri” nümayiş etdirmək üçün özünü qucaqlaşdığı Putinin sinəsinə necə sıxmağa çalışdığını görürsünüz. Vladimir Putin isə qolunu dirsəkdən qatlayaraq Nikol Vovayeviçi özündən uzaq saxlamağa çalışır.

Paşinyan: “Vladimir Vladimiroviç, əzizim, icazə verin sizi qucaqlayım”.

Vladimir Putin: “Nikol Vovayeviç, olmasa, daha yaxşıdır”. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password