Qanunsuz mərc platformalarının qurbanı olmayın – Ekspertdən açıqlama

 

Son zamanlar qanunsuz mərc oyunlarının qurbanları çoxalıb. Bu qurbanlar internet platformalarında olan reklamlara aldanırlar və daha sonra müəyyən məbləğdə pul qoyub mərc oyunları oynayırlar.

Bu barədə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O qeyd edib ki, sosial şəbəkələrdə, web saytlarda qanunsuz mərc oyunlarının reklamı yerləşdirilir. Xüsusən, belə reklamlar xaricilər tərəfindən təşkil edilir, ödənişlər də onların hesabından aparılır: “Burada əsas məqsəd həmin səhifələr vasitəsilə istifadəçi cəlb eləməkdir. Azərbaycanda reklam qanunvericiliynə görə, bu tipli qanunsuz mərc platformalarının reklamı qadağandır. Ancaq biz görürük ki, blogerlər, müğənnilər belə bu platformalardan külli miqdarda pul alaraq öz izləyicilərini həmin platformalara yönəldirlər.

Araşdırmamız nəticəsində məlum olub ki, həmin platformanı işlədənlər daimi olaraq domenlərini dəyişirlər. Çünki qanunsuz olduğuna görə domenləri dövlət tərəfindən bloklanır. Məsələn, istifadəçilər hesaba 300 manat depozit yatırıb 600 manat qazanandan sonra platforma təhlükəsizlik səbəbindən həmin hesabları bloklayır. Heç bir məlumat vermədən onların vəsaitini mənimsəyir. Azərbaycanda bu platformalar qanunsuz olduğu üçün də heç cür dövlət təminatı almaq mümkün olmur. Belə hallarda onlara kömək etmək mümkün deyil. Bu tipli platformalar nəinki istifadəçilərə şanslar yaradır, əksinə, onların pullarını oğurlayır. İstifadəçiləri daha çox “bet” vasitəsilə kazinoya çəkirlər. Ümid edirəm ki, qısa zamanda qanunsuz mərc platformalarının reklamı tez bir zamanda dayandırılacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password