Ukraynadan sensasiyalı açıqlama: Saakaşvilini Putinə hədiyyə etdilər

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi Rusiya lideri Vladimir Putinə ABŞ xüsusi xidmət orqanlarının hədiyyəsidir.

Bu bəyanatla Ukrayna Ali Radasının “Müxalifət platforması – Həyat üçün” Partiyasından deputatı İlya Kiva çıxış edib.

“Bu fırıldaqçı ilə bağlı baş verənlər Amerika xüsusi xidmət orqanlarının Vladimir Putinə hədiyyəsidir. Ona (Saakaşviliyə) deyiblər ki, “səninlə bağlı hər şey yaxşı olacaq, gəl”. Onun üçün dəhliz yaratdılar. Çünki Gürcüstanda olduğu kimi bizim ölkəmizdə də hər şeyə Dövlət Departamenti nəzarət edir. Buna görə dəhliz təşkil edildi və Mişa ona heç bir şey olmayacağına əmin olaraq yola düşdü. Məsələ belədir”, – Kiva “Birinci müstəqil” telekanalının efirində deyib.

Deputat hesab edir ki, Saakaşvilinin həbsi Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya hücumunun bir növ təzminatı oldu.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password