Sərkisyandan etiraf: “Müharibədə məğlub olduq, çünki Azərbaycan ordusu…”

“Ermənilər 44 günlük Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarmalı, gələcəkdə dövləti gücləndirmək və inkişaf etdirmək üçün bütün potensialdan istifadə etməlidirlər”.

Bunu Ermənistan Prezidenti Armen Sərkisyan deyib.

O, Ermənistanın bu müharibədə ağır itkilər verdiyini söyləyib və 1990-cı illərdəki qələbəsini qoruyub saxlaya bilmədiyinə diqqət çəkib.

Armen Sərkisyan Ermənistanın sonuncu müharibədə Azərbaycan ordusundan silah və texnika baxımından gerdi qaldığını etiraf edib.

Sərkisyan əlavə edib ki, müharibənin nəticələri bu günə qədər hiss olunur:

“Əlbəttə, harada səhv etdiyimiz haqda danışmalıyıq. Bundan məsuliyyət daşıyan şəxslər niyə müharibədə qalib gəlmədiyimizi müzakirə etməlidirlər? Onların vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etməkdir”. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password