3-cü nəsil gəlir: İran bu cür dağılacaq – Kuznetsov

 

Müasir mollakratik İran bu gün mənə SSRİ-ni – inqilabın yaratdığı ideoloji qanunlarla yaşayan dövləti çox xatırladır.

Bunu açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, bu dövlət növü üç nəsil üçün nəzərdə tutulmuş təbii mövcudluq siklinə malikdir:

“Babalar inqilabi ideologiya ilə silahlanaraq dövlət yaradırlar. Onların uşaqları körpəlikdən bu ideologiyanı qəbul edərək, inersiya üzrə gücləndirməyə davam edirlər. Lakin babaların inqilabi ideologiyasının təsirinə məruz qalmadan böyümüş nəvələr bu dövləti əvvəlki kimi saxlaya bilmirlər. Buna görə də belə dövlətin ömrü uzun deyil – cəmi 40-50 il. Deməli, hazırkı İran qürubuna yaxınlaşıb.

Mənə deyə bilərlər ki, guya SSRİ bu müddətdən artıq, yəni 70 il, yaxud dörd nəsil boyunca mövcud olub. Burada unutmaq lazım deyil ki, bu dövlət İkinci Dünya müharibəsi adlı kataklizmə cəlb edilmişdi. Proletar inqilabçı leninçilərin nəvələri dissident “altmışıncılar” idi, onları da döyüşçülər -müharibənin qalibləri əvəz etdi. SSRİ-ni qaliblərin nəvələri və inqilabçıların nəticələri dağıtdı. Beləliklə əsas ideoloji şüar “dünya inqilabından” “Böyük Vətən müharibəsində qələbəyə” dəyişdirildi”.

Kuznetsovun sözlərinə görə, bu gün İran nəsillərin təbii dəyişməsi anına yaxınlaşır, molla babalar və onların general SEPAH-çı övladları öz potensiallarını artıq tükəndirib, ayətullah nəvələrinin nəsli gəlir. Ona görə də İran tarixi dəyişikliyə məhkumdur.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password