İranın məkri üzə çıxdı: “Tehranda Qarabağla bağlı elə söz eşitdim ki…”
Livanın Hizbullah təşkilatının birinci lideri Sübhi ət-Tüfeyli Ermənistan işğalından azad edilmiş Qarabağla bağlı şok effekti yaradan faktları açıqlayıb.
Tüfeyli Azərbaycanda keçirilən qələbə paradından sonra Türkiyəni qəsdən hədəf alan İranın bu siyasətinin arxasında nələrin dayandığını izah edib.
Qarabağdakı döyüşlər zamanı Tehranda olduğunu bildirən Tüfeyli bildirib:
“İran mediasının Ermənistanı necə dəstəklədiyini, hakimiyyətin və medianın ermənilərlə bir yerdə olduğunu gördüm. Təəccübləndim, çünki gözləyirdim ki, ermənilərə düşmən kimi baxacaqlar. “İslam dövlətiyik” deyirsiniz, yəni məzlumların yanında olmalısınız. Amma zalımın niyə düşmənin yanında dayandığınızı başa düşmürəm”.
Əsrlərdir azərbaycanlıların İranda yaşadıqlarını deyən Hizbullah keçmiş lideri vurğulayıb:
“Azərbaycanın İranın bir parçası olduğunu söyləyirsiniz, buna görə də dayanmalı olduğunuz yer sizin də bir parçanız olan məzlum azərbaycanlıların yanı olmalıdır”.
Bu gördüklərindən sonra baş verənlərin təfərrüatlarını öyrənmək üçün İranın o zamankı xarici işlər naziri Cavad Zəriflə görüşdüyünü bildirən Tüfeyli əlavə edib:
“Mənə dedi ki, Ermənistana dəstək verməkıə Türkiyənin türk dünyası ilə əlaqələrinin qarşısını almaq istəyirlər. Məsələn, Özbəkistan, Türkmənistan və Azərbaycan. Dedi ki, Türkiyənin qarşısındakı bir dəhliz olması üçün ermənilərin yanındadırlar. Buna çox təəccübləndim və içimdə dedim ki, kaş bunları eşitməz olaydım”./teleqraf.com