Ermənistan Zəngəzur dəhlizindən imtina edir – XİN rəhbəri İranda sərsəmlədi

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrana işgüzar səfəri çərçivəsində bu ölkənin yerli İRNA xəbər agentliyinə müsahibəsində Azərbaycanın ünvanına təhqir və böhtanlar yağdırmaqda davam edib.

İşğal olunmuş torpaqlarının azad olunması istiqamətində aparılan əməliyyatları “təcavüz” adlandıran erməni nazir Azərbaycanın bölgədə sabitliyə və təhlükəsizliyə təsir göstərməkdə davam etdiyini iddia edib.

Sərsəmləməsini davam etdirən nazir daha sonra üçüncü ölkələrin davranışlarını ittiham edib. İddia edib ki, Ermənistan bölgədə uzunmüddətli sabitlik yaratmaq səylərini davam etdirir.

Daha sonra İranın tərifinə keçən nazir onun bölgədə gərginliyi azaltmaqda və sabitliyi təmin etməkdə rolu və potensialının göz qabağında olduğunu deyib. Bunun bariz nümunəsi kimi İranın Ermənistan sərhədlərinin toxunulmazlığı ilə bağlı dəqiq mövqeyini göstərib: “İnanırıq ki, İranın regional proseslərdə iştirakının genişləndirilməsi yalnız ölkələrimiz arasındakı dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq kontekstində deyil, həm də bölgənin dinc, təhlükəsiz və firavan gələcəyi naminə müsbət təsir göstərəcək”.

A.Mirzoyan qeyd edib ki, Ermənistan İranla ikitərəfli mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. “Ermənistan ilə İran arasındakı əməkdaşlıq sülh, inkişaf və sivilizasiyalararası dialoqun gündəmini rəhbər tutan ölkələr üçün yaxşı bir nümunə ola bilər. Ermənistan və İran kimi qədim sivilizasiyaların daşıyıcıları dini və milli tolerantlıq, qarşılıqlı hörmət və etimad, eyni zamanda gələcəyə görə qarşılıqlı məsuliyyət ilə xarakterizə olunur”.

İrəvanın “3+3” təşəbbüsünə münasibəti şərh edən nazir qeyd edib ki, “Ermənistan hesab edir ki, istənilən regional əməkdaşlıq aşağıdakı şərtlərə cavab verəcəyi təqdirdə səmərəli ola bilər: format tam və əhatəli olmalıdır, bütün əlaqədar dövlətlər arasındakı münasibətlərdə müsbət meyllər göstərən inkişaflara əsaslanmalıdır. Əks təqdirdə, bu, bütün dövlətlər arasında ikitərəfli münasibətlərdə mövcud problemlərin çoxtərəfli formata keçirilməsinə gətirib çıxara bilər ki, bu da çoxtərəfli format çərçivəsində və ikitərəfli dialoqa mane ola bilər”.

Son hadisələrdə Rusiyanın rolununa da qiymət verən nazir iddia edib ki, Ermənistan və Rusiya müttəfiq münasibətləri, qarşılıqlı dəstək və öhdəliklər ilə bağlıdır. “Yeri gəlmişkən, infrastrukturdan danışarkən, qeyd olunmalıdır ki, istər sənəddə, istərsə də infrastrukturun açılması kontekstində Ermənistan ərazisindən heç bir dəhlizin təmin edilməsinə dair heç bir söz olmayıb və ola da bilməz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password