Tehran işğalçının yanında: “Cibuti belə buna getmədi, amma İran etdi”

 

“Müharibə bitib, işğal aradan qaldırılıb, haqq öz yerini tutub, amma İran bununla barışmaq istəmir”.

Bunu Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli deyib.

Ekspert İslam prinsiplərini ayaqlayan İranın işğalçı Ermənistanı dəstəklədiyini bildirib:

“İran nə islam dövləti, nə də qonşu olaraq ləyaqətli davrandı, hər zaman yalançı, ikiüzlü siyasət sərgilədi. İslamın ilk şərti, haqqın yanında dayanmaq, haqqı müdafiə etməkdir. Adını “islam respublikası” qoyan birinin işğal, təcavüz törədən, minlərlə qocanı, uşağı, qadını amansızcasına qətlə yetirən dövləti dəstəkləməsi İslam prinsiplərinə ziddir. İşğalçı, qatil Ermənistana dəstək verməsi göstərir ki, İranın ya İslam prinsiplərindən xəbəri yoxdur, ya da bu prinsipləri bilərəkdən, öz mənfəəti naminə ayaqlayır.

Digər müsəlman dövlətlərinin Qarabağ mövzusuna münasibəti ortadadır, müqayisə aparaq: Azərbaycan ərazisi işğal altında olduğu dövrdə əksər müsəlman ölkələri Azərbaycana dəstək verdilər. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmadı. Bundan əlavə, Türkiyə Ermənistanla sərhədlərini bağlı saxladı, Pakistan BMT Təhlükəsizlik Şurasında mövqeyindən istifadə edib işğalçı Ermənistan əleyhinə qətnamələr qəbul etdirdi. Cibuti mötəbər tədbirlərdə Azərbaycan məsələsi müzakirə ediləndə, Azərbaycanın lehinə səs verdi. Bütün bunları həm müsəlmanlıq, qardaşlıq həmrəyliyi, həm də haqqın müdafiəsi prinsipilə etdilər.

Bəs İran nə etdi? Barmaq qatlayıb bir kəlmə deyə bilirlərmi? Ermənistan rəhbərlərinin dediyi kimi: “Ermənistan üçün nəfəslik rolunu oynadı”.

İndi müharibə bitib, işğal aradan qaldırılıb, haqq öz yerini tutub. Amma İran bununla barışmaq istəmir. İran son 30 ildə Azərbaycan və Ermənistan sərhəddində niyə təlimlər keçirmirdi? İndi keçirilən təlimlərin məqsədi nədir və kimə qarşıdır? Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə barmaq silkələmirdi, təlimlər keçirmirdi? Müharibə dövründə İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınırdı. Budurmu müsəlmanlıq, haqqın yanında olmaq?”. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password