İranın sərhəddəki təlimlə ötürdüyü 3 mesaj – Brayza
İran hökuməti Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə üç əsas mesaj ötürməyə çalışdı.
Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza deyib.
Onun sözlərinə görə, səbəblərdən birincisi Türkiyə və Azərbaycana ünvanlanıb:
“Birinci əsas səbəb Türkiyə, Pakistan və Azərbaycanın iştirakı ilə Azərbaycan ərazisində keçirilən hərbi təlimlərdir. İkinci səbəb, İran sistemi daxilindəki narazılıqlardır”.
Brayzanın fikrincə, üçüncü və ən əsas mesaj İran ərazisində yaşayan azərbaycanlılarla bağlıdır:
“Bildiyiniz kimi, Şimali İranda əsasən etnik azərbaycanlılar yaşayır. Onların 44 günlük müharibə əsnasında İranla sərhəd boyunca hərəkət edən Azərbaycan əsgərlərinə intuziazmla dəstək nümayiş etdirməsi rəsmi Tehranın narahatlığına səbəb oldu. Çünki Tehranda hər zaman etnik azərbaycanlıların bir növ separatizmə meyil edəcəyi ilə bağlı böyük qorxu olub. Düşünürəm ki, İran hökuməti nəzarətdən çıxa biləcək hər hansı bir nümayişin meydana gəlməsinin qarşısını almaq üçün Azərbaycanla sərhəddə hərbi güc nümayiş etdirir”, – deyə diplomat bildirib. /axar.az