İran Ermənistan uğrunda hər şeyi edir – TƏHLİL
İran Cənubi Qafqazda Ermənistan kartının əlindən çıxmaması üçün hər şeyi edir:
– Abdullahiyanla Mirzoyan Düşənbədə və Nyu-Yorkda görüşdən sonra Tehranda bir araya gəldilər;
– İran Gorus-Qafan yoluna alternativ marşrutu (Tatev yolunu) açmaqda İrəvana hərtərəfli yardım edəcək;
Proseslər İranın Ermənistanı razı salmağa çalışdığını deməyə əsas verir. İrəvanda anlayır ki, Cənubi Qafqazda həlledici faktor Türkiyə-Rusiya ikilisidir və Moskva Tehranın Ermənistan üzərindən razılaşmları pozmasına sona qədər imkan verməyəcək. Lakin Ermənistan prosesdən qazanclı çıxmağa çalışır:
1. İrandan alternativ variant kimi istifadə etməklə dördtərəfli danışıqlarda – Moskva-Ankara-Bakı-İrəvan – əlini gücləndirir;
2. İran maliyyəsini nəqliyyat infrastrukturunun qurulmasına cəlb etmək istəyir;
İranın Tatev yolunun inşasına dəstək vermək qərarı İrəvanın istəyinə nail olduğunu göstərir, halbuki, İran əvvəl maliyyə ayırmaq istəmirdi.
İran Gorus-Qafan yoluna alternativ marşrutun qısa zamanda reallaşmasına çalışır:
Cari hədəf: yük daşınmasındakı problemlərin aradan qaldırmaqla iqtisadi Ermənistan bazarını və kartını əlində saxlayır; Xankəndinə yük daşımasını bərpa etməklə Bakıya qarşı təzyiq cəbhəsini yenidən açır;
Perspektiv hədəf: Gorus-Qafan yolu ilə Cənubi Qafqaza giriş imkanını Bakının nəzarətindən çıxarır; Ermənistanı “xilas etməklə” Zəngəzur dəhlizinə qarşı siyasətini davam etdirə bilir;
Artıq alternativ yolun inşası ilə bağlı razılaşma əldə olunub, artıq İranın yol və şəhərsalma nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Tatev yoluna baxış keçirmək üçün Ermənistana gedib.
Lakin bu problemin tam aradan qalxacağı da demək deyil. İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami etiraf edir ki, alternativ yolun infrastrukturu iritonnajlı maşınların keçidi üçün əlverişsizdir. Bununla yanaşı, yolun inşası üçün zamana da ehtiyac var.
İranın çox da əlverişli olmayan layihəyə yatırım etməsi hazırki dövrdə İrəvana dəstək vermək və Ermənistan kartını itirməməyə hesablanıb. / publika.az