Razuvayevdən Sərkisyana cavab: Kəs səsini!
Ermənistanın çökməsi, müharibədəki məğlubiyyəti, kapitulyasiyası son 30 illik dövlət siyasətinin nəticəsidir. Bir düşünün, 30 il ərzində İsrail güclü iqtisadiyyat və güclü ordu yarada bildi. Moderniləşdirilmiş iqtisadiyyatı, həyat şəraiti və əlbəttə ki, güclü silahlı qüvvələrini tamamilə yenidən yaradan Azərbaycana baxın. Bu, əlbəttə ki, ilk növbədə, Heydər Əliyevin və onun yolunu davam etdirən İlham Əliyevin xidmətidir. Bu illər ərzində Ermənistan güclü korrupsiyadan başqa heç nə yaratmayıb, üstəlik, sırf turizm və əmək miqrantları üzərində dayanan iqtisadiyyat modeli qurub. Təbii ki, bu, çox qeyri-sabit iqtisadiyyatdır. Aydındır ki, pandemiya bu iqtisadiyyatı kart evi kimi məhv etdi. Amma yada salsaq görərik ki, məhz Köçəryan və Sərkisyan bu model iqtisadiyyatla fəxr edirdi.
Bu sözləri Rusiyanın ən nüfuzlu maliyyə analitiklərinin Top-10-a daxil olan ekspert Aleksandr Razuvayev bildirib.
“Bu işdə hazırki hakimiyyəti günahlandırmaq, sadəcə, gülüncdür. Bu iqtisadiyyat, ordu onilliklər ərzində qurulub. Məhz “yenilməz ordu”, “güclü iqtisadiyyat” terminləri illərdir Köçaryanın və Sərkisyanın vizit kartı olub.
Ermənistan iqtisadiyyatının və ordusunun dağılmasında ilk növbədə bu ölkənin bütün əvvəlki rəhbərləri, nazirləri, yüksək rütbəli məmurları günahkardır.
Uduzmağı da bacarmağa kişilik lazımdır. Azərbaycanda güclü lider var. Cənab Əliyevin dünyada, xüsusən MDB-də, o cümlədən Rusiyada böyük avtoriteti vardır. Ermənistanın belə lideri heç vaxt olmayıb.
Təbii ki, indi Ermənistanda bütün siyasətçilər Əliyevə həsəd aparırlar. Amma səssizcə həsəd aparmaq lazımdır! Oturun, səsinizi kəsib həsəd aparın!
Azərbaycanın qələbəsi güclü iqtisadiyyatın, müasir Silahlı Qüvvələrin, döyüş ruhunun bəhrəsidir ki, ordunun hər bir əsgəri şəhid olmağa, Vətənini azad etməyə hazır idi”, – deyə müsahibimiz qeyd edib. / axar.az