Peyğəmbərin karikaturasını çəkən rəssam DİRİ-DİRİ YANDI
Məhəmməd peyğəmbərin karikaturasını çəkən isveçli rəssam Lars Vilks və onun iki mühafizəçisi ölüb.
Bu məlumatı SVT televiziyası yayıb.
Məlumata görə, Lars Vilksin avtomobili İsveçin cənubunda yük maşını ilə toqquşub. Toqquşmadan sonra hər iki maşın yanıb.
İnsidentin qəza olub-olmadığı hələlik müəyyən etmək mümkün olmayıb. Polis yük avtomobilinin sürücüsünü xəstəxanada dindirib./axar.az