Ərdoğan və Putinin sirli Soçi razılaşmaları – Duqin
Soçi görüşündə hər iki ölkənin dövlət başçısı qırmızı xətlərini və yeni bir dünya üçün yol xəritəsi çəkdilər.
Bunu Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı filosof Aleksandr Duqin Ərdoğanla Putinin Soçi görüşü haqda danışarkən deyib.
“Türkiyə və Rusiya yeni bir yola qədəm qoydu və bu, regional dinamika qədər bütün dünyaya da təsir edəcək. Deyə bilərəm ki, İdlib başda olmaqla, bir çox məsələdə razılığa gəlindi. Ancaq bu tarixi görüşdə danışılanların önəmli qismi sirr olaraq qalacaq. Biz sadəcə bölgədəki təsirlərini görəcəyik.
Qərb ölkələri yeni bir dünyanın formalaşacağını bilirdilər. Ancaq həm ABŞ, həm də digər ölkələr 15 İyuldan əvvəl sahib olduqları güc və təsirini itirdilər. Ərdoğan rəhbərliyinə qarşı hərbi çevriliş imkanı və ehtimalı artıq yoxdur. Bu nöqtədə Türkiyə-Rusiya münasibətləri də həlledici rol oynayır. Başqa üsullar da sınaya bilərlər, edəcəklər, ancaq birbaşa çevrilişə cəhd edə bilməzlər”, – Duqin bildirib./axar.az