Xamenei Azərbayanı təhdid edir – İran əndazəni aşdı

Xamenei Azərbayanı açıq şəkildə təhdid edir.

İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyir:

– İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır;

Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və “xarici güclər” də Türkiyə və İsraildir: İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu “sionist” iddiası ilə etməklə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar;

Xamenei ardınca “cəza” mesajını verir:

– Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər, yaxında sillə yeyərək, cəzalarını görəcəklər;
– Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək;

İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-açıq təhdid edir. “Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb.

Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək: bu, sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yaranacağı gözləntisini artırır;

İranın “bölgədə sionist” iddiasına paralel olaraq, “bölgədə İŞİD terrorçuları var” iddiasını yenidən gündəmə gətirməsi təhdid riskini daha da artırır. / publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password