Zəngəzur dəhlizi bu şərtlə açıla bilər – İrəvan
Ermənistan ərazisində suveren dəhliz ola bilməz.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zəngəzur dəhlizi haqda danışarkən deyib. Onun sözlərinə görə, dəhliz siyasi məsələdir, bu məsələ müzakirə edilməlidir:
“Ermənistandan Türkiyə və Azərbaycanı birləşdirən, azərbaycanlıların istifadə etdiyi dəhlizlər və ya yollar açıla bilər. Bu variant mümkündür, amma bu yollar Ermənistanın nəzarətində olmalıdır”. / axar.az