Saakaşvilidən tərəfdarlarına müraciət: Putinin sifarişidir
Mixail Saakaşvili həbsxanadan tərəfdarlarına məktub ünvanlayıb.
Məktubda o, tərəfdarlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb.
O, həbsinin “Putinin sifarişi” olduğunu və Rusiyadan başqa heç kimin onun həbsini tanımayacağını bildirib.
Saakaşvili qələbənin onların əlində olduğunu deyib. Eks-prezident azadlığa çıxmasının, eləcə də Gürcüstanın azadlığının onların aktivliyindən asılı olduğunu söyləyib. / axar.az