Zurabişvili Saakaşvilidən danışdı – “Bu, doğrudur ya yox…”
Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilinin Batumidə olması ilə bağlı fikirlərinin seçkiqabağı vəziyyəti gərginləşdirdiyini söyləyib.
Prezident yaydığı video-müraciətində Mixail Saakaşvilinin ölkəyə gəlişi ilə bağlı məlumat yayanların Gürcüstanda iğtişaşların olmasını istədiyini deyib.
“Bu, doğrudur, ya yox, bilinməsə də, bir şey aydındır ki, bu mövzu seçkiqabağı mühiti məhv edir, onsuz da yorğun və gərgin cəmiyyəti daha da gərginləşdirir. O, (Saakaşvili-red.) ölkə və ədalətli sçekilər barədə fikirləşmir, oktyabrın 3-də küçələrə çıxıb sabitliyi pozmağa təhrik edir. Ölkəyə və onun gələcəyinə biganə qalmayan heç kəs odla oynamamalıdır. Düşünmürəm ki, bu zaman yenidən qayıdacaq. Hamını məsuliyyətli olmağa çağırıram. Ölkənin sabitliyi – ümumi marağımızdır”.