Tiflisdə gərginlik: “Bu, Gürcüstanda toqquşmalara səbəb olacaq”

“Batumidə olduğunu iddia edən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ölkədə irimiqyaslı toqquşmalara səbəb olacağını gözləyirəm”.

Bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

Ekspertin fikrincə, hazırda Saakaşvilinin Gürcüstanda olub-olmadığını başa düşmək çətindir: “Gürcüstanın sərhədləri çuxurlarla doludursa, Daxili İşlər Nazirliyi və ya təhlükəsizlik xidmətində, təhlükəsizlik qüvvələrinin sıralarında öz adamları varsa, o zaman ora asanlıqla gedə bilər”.

Silayev qeyd edib ki, Saakaşvilinin Gürcüstanda kifayət qədər tərəfdarı var və onlar çox emosionaldırlar:

“Saakaşvili macəranı sevən adamdır. O, Ukraynada heç kimin diqqətini çəkmirdi. İndi onun diqqət və maraq dairəsinə düşmək imkanı var. Amma düşünürəm ki, onun qayıdışı irimiqyaslı toqquşmalara səbəb olacaq”.

Analitikin fikrincə, Saakaşvili Gürcüstan hakimiyyətinin onu həbs etməkdən qorxacağına ümid edir: “Çünki müxalifət partiyasının lideri olduğu üçün Avropa Birliyi və ABŞ-da dəstəkçiləri var. Hökuməti elə bir duruma salmaq istəyir ki, onu həbs etsə, yeni böyük problemlərlə üzləşsin. Bu halda gürcü hakimiyyəti kəskin tənqidlə üzləşəcək, həbs etməsə, də özünə digər problemləri yaradacaq”. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password