Lavrovla Mirzoyan arasında Qarabağ müzakirəsi
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Tərəflər Cənubi Qafqazda nəqliyyat yollarının və iqtisadi bağlantıların açılması, qonşu ölkələr arasında etimad tədbirlərinin artırılması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinin regiondakı vəziyyətin sabitləşməsinə töhfə verəcəyini qeyd edib.
Eləcə də regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalar barədə fikir mübadiləsi aparılıb. Məlumatda bildirilir ki, minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələlər də müzakirə edilib.
Eyni zamanda Rusiya tərəfindən BMT Baş Asambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilmiş görüşün nəticələrindən məmnunluq da ifadə olunub.