Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısı necə alındı? – Polkovnik açıqladı

“Bütün döyüşlərə rəhbərliyi Ali Baş Komandan İlham Əliyev edirdi. Düşmən oktyabrın 7-8-də Horadiz istiqamətində əks-hücuma keçmişdi. Amma bizim hərbçilərimizin şücaəti sahəsində onlar ağır itkilər verdi və geri çəkildilər”.

Bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ordusuna göstərdiyi diqqət unudulmazıdır: “Döyüşdə general, əsgər, zabit söhbəti yox idi. Hamı döyüşçü idi. Amma erməni ordusunda zabitlər əsgərlərini atıb qaçırdılar. Ermənistan ordusunda minlərlə fərari var idi. İndi onlara qarşı cinayət işləri açılıb. Amma Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər bir vətəndaş ordu sıralarına qoşulmaq istəyirdi”.

“Biz heç kimə Azərbaycana yuxarıdan aşağı baxmağa imkan verməyəcəyik. Bu gün Azərbaycanın güclü ordusu var. Ancaq biz yenə də Ordumuzu daha da gücləndirilməliyik. Biz yeni əsrdə yeni müharibə apararaq düşmənin belini qırıb torpaqlarımızı azad etdik”, – E.Əbilov bildirib. / teleqram.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password