Yüz minlik qoşun sərhəddə – Rus ordusu da döyüş hazırlığına başladı
Tacikistan Əfqanıstanla sərhəddə yerləşən Xoroq şəhərində hərbi parad keçirib.
Tacikistan Prezidenti Emoməli Rəhmon paradda çıxış edib.
Rəhmon hərbçiləri respublikanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və bu illər ərzində silahlı qüvvələrin gücləndiyini deyib. O əlavə edib ki, Tacikistan sərhədində ekstremist və terror hərəkatları güclənir və belə şəraitdə ordunun rolu artır.
Paradda 100 mindən çox hərbi qüvvə və səfərbərlik ehtiyatının 130 mindən çox zabit və əsgəri iştirak edib.
Rusiya Xarici İşlər Nazirliyi isə Tacikistan və Əfqanıstanın sərhədlərin eyni nöqtələrinə silahlı qüvvə toplaması haqda məlumat yayıb. Moskva tərəfləri məsələləri dinc yolla həll etməyə çağırıb.
Qeyd edək ki, Rusiyanın Tacikistandakı hərbi qüvvələri bu gün Əfqanıstanla sərhəd bölgələrində irimiqyaslı təlimlərə başlayıb. / teleqraf.com