“Qarabağda müharibə vaxtı…” – Türk nəşrindən şok İran iddiası

“Qarabağdakı müharibədə Ermənistana hərbi yardım edən İran bu mövqeyini hələ də qoruyur. İran yük maşınları və yanacaq tankerləri iyul və avqust aylarında Azərbaycandan xəbərsiz Qarabağa girərək Laçın dəhlizi ilə Xankəndindəki ermənilərə yardım gətirmişdilər. Keçid üçün rus sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi ərazilərdən istifadə edilib”.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, iyulun 11-dən avqustun 8-dək naməlum yük daşıyan İranın yük maşınları Laçın dəhlizi vasitəsilə 70 dəfə Xankəndinə daxil olub:

“Azərbaycan hakimiyyəti İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib, amma bunun heç bir nəticəsi olmaylb. Qanunsuz daşınmalar 11 avqust -10 sentyabr tarixləri arasında davam edib. Bu tarixlərdə 58 yük maşını Xankəndinə girib-çıxıb. Bu yük maşınlarınıdan bəzilərinə gizlətmək üçün erməni nömrələri taxılıb. Laçın dəhlizindəki vəziyyətə nəzarət etməkdən məsuliyyət daşıyan Rusiya hərbi qüvvələri yenə də pozuntulara məhəl qoymayıblar”.

Türk nəşri bildirb ki, Tehrana yenidən diplomatik xəbərdarlıq edən Azərbaycan bölgədə (Gorus-Qafan yolu) polis postu qurub və İrandan gələn yük maşınlarını yoxlamağa başlayıb:

“Bəzi yük maşınlarının sürücüləri saxlanılıb. Rusiya sülhməramlı qüvvələrinə Qarabağa qanunsuz yüklərin tranzitinə icazə verməmələrini tələbini edən məktub da yazılıb. İranla Azərbaycan arasında bu mövzuda danışıqlar davam etdiyi vaxt, Türkiyə və Azərbaycanın Xəzərdə birgə təlimi ilə gərginlik bir qədər də artdı.

İran Türkiyənin Xəzərdəki təlimlərinin Xəzəryanı ölkələr arasındakı razılaşmasını pozduğunu iddia edib. İki ölkə arasında bu mövzuda danışıqlar davam etdiyi vaxt, bu dəfə Türkiyə, Azərbaycan və Pakistanın “Üç qardaş” təlimi ipləri uzadıb. İran Azərbaycanı hədələdi. Ayətullah Xameneyinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amili Azərbaycana işarə edərək, “Aslanın quyruğu ilə oynamayın” dedi. Növbəti addım Azərbaycan sərhədində hərbi təlimlərlə başlamaqla gəldi. İran təyyarələri və vertolyotları Azərbaycan ərazilərindən 100 metr məsafədə uçmağa başladılar. Bundan əlavə, sərhəddə çox sayda hərbi qüvvə yerləşdirildi”.

Nəşr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın təlimlərinə reaksiya verib:

“Əliyev keçən ilin payızında Qarabağın azad edilməsindən əvvəl də İranın yük maşınlarının mütəmadi olaraq qeyri-qanuni olaraq bölgəyə girdiklərinə diqqət çəkib:

“Əliyevin baş verənlərlə bağlı açıqlaması belə oldu: “İran yük maşınlarının Qarabağa qanunsuz yolla getməsi ilk dəfə deyil. Azərbaycanın bu addımlara son qoyması üçün İrana etdiyi çağırışdan sonra, təxminən 60 yük maşını 11 avqust – 11 sentyabr tarixləri arasında qanunsuz yolla Qarabağa daxil olub. Azərbaycan ərazilərindən keçən yola nəzarəti gücləndirdik, bundan sonra Qarabağa gedən yük maşınlarının sayı sıfıra endi. Azərbaycan torpaqlarından istifadə etmək istəyirlərsə, vergi ödəməlidirlər”. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password