Ermənistan ordusunda “zəlzələ”: Əməliyyat-axtarış başladı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin yüksək vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ordunun maddi-texniki təchizatında vəzifə saxtakarlığı etmə faktı ilə əlaqədar açılmış cinayət işinin istintaqını davam etdirir.

Cinayət işi çərçivəsində 2018-2020-ci illərdə Ermənistan müdafiə naziri vəzifəsində işləmiş David Tonoyan, habelə təchizatçı təşkilatın direktoru David Qalstyan dünən böyük həcmdə mənimsəmə şübhəsi ilə saxlanılıb.

Məlumata görə, hər iki şəxs böyük məbləğdə – 2 277 323 840 dram mənimsəməkdə və korrupsiya, eləcə də ictimai təhlükəli əməllər törətməkdə günahlandırılıb. Artıq müvafiq ittihamlar üzrə məhkəmə qarşısında vəsatət qaldırılıb.

Bundan əlavə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayət işi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin keçmiş və indiki yüksək rütbəli şəxslərinə qarşı cinayət təqibi başlanıb.

Milli Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, açılmış cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat-axtarış və istintaqın aparılmasına başlanılıb. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password