Erməni terrorçular Qarabağdakı bu mövqelərdən çıxarıldı

Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı Rüstəm Muradovun postunu müvəqqəti icra edən general-mayor Mixail Kosobokovun vaxtında Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ilə üzbəüz ərazilərdə yerləşən, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarındakı qurulan 10-a yaxın erməni səngəri, müşahidə məntəqəsi boşaldılıb, erməni silahlıları çıxardılıb və həmin mövqelər partladılıb.

Bu sözləri  hərbi mütəxəssis Ədalət Verdiyev deyib.

Mütəxəssis bildirib ki, sözügedən mövqelərdə artıq UAZ Patriot markalı maşınlarla rus sülhməramlıları patrul xidmətini həyata keçirirlər:

“Əslində bu proses elə ilk gündən, yəni rus sülhməramlılarının ərazilərimizə yerləşdirilməsilə paralel olaraq baş verməli idi. Düzdür, Kəlbəcər, Ağdam, Laçın rayonlarında, eləcə də Qubadlı və Zəngilan rayonlarının 100-ə yaxın kəndindən erməni silahlıları tamamilə çıxarıldı. Amma yeni ildən sonra bu proseslərdə ləngimə gördük. Yalnız ləngimə deyil, həm də erməni silahlıları rus sülhməramlılarının gözü önündə Azərbaycan torpaqlarında səngər qazdılar, möhkəmləndilər. Bir neçə dəfə atəşkəsi pozdular, eyni zamanda, Azərbaycan hərbçilərindən xəsarət alan da oldu. Buna qarşı Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq, bəyanat da səsləndirib”. / axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password