Brayza: İrəvan Bakının yaratdığı bu imkanı qaçırsa…

 

Azərbaycanın indi Zəngəzur dəhlizindən istifadə edərək bölgəni sabitləşdirmək, xarici sərmayələri Ermənistanın xeyrinə cəlb etmək üçün bir stimulu var. Bu, Ermənistanın Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və ya Bakı-Tiflis-Qars dəmiryolu kimi böyük layihələrdən kənarlaşdırıldığı vaxtdan tamamilə fərqli bir vəziyyətdir. İndi Azərbaycan istəyir ki, Ermənistan belə layihələrdə iştirak etsin. Ermənistan üçün siyasi olaraq bu böyük imkanı qəbul etmək qaçılmazdır.

Bu sözləri açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, Ermənistan keçən ilin 10 noyabr atəşkəs bəyannaməsinin bütün bölgədəki nəqliyyat əlaqələrinin yenidən açıldığını nəzərdə tutan doqquzuncu bəndini yerinə yetirməyin öz maraqlarına uyğun olduğunu görəcək:

“Bu, Ermənistanın regional iqtisadiyyata və hətta regiondan kənara belə yenidən inteqrasiya etməsi, iqtisadi artımı, rifahı və iş yerlərini təmin etməsi üçün böyük bir fürsətdir. Və düşünürəm ki, Paşinyanın rəqiblərinin çox olmasına baxmayaraq, iyun ayında yenidən seçilməsini nəzərə alsaq, Ermənistanda siyasi hərəkat yaxşılaşır. Düzünü desəm, Nikolun ehtirasının siyasi cəhətdən uzun sürməyəcəyini düşünürəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password