Ərdoğan: “Putinlə Qarabağ məsələsini geniş şəkildə müzakirə etdik”
“Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, görüşdə Qarabağ məsələsinin də müzakirə olunduğunu vurğulayıb: “Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq”.