Ərdoğanla Putin arasında KRİTİK GÖRÜŞ: Qarabağda və Zəngəzurda… – Ağar DETALLARI AÇDI
“Bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında zirvə görüşü keçiriləcək. Düşünürəm ki, cənab Ərdoğan Soçidə Azərbaycanın və Türkiyənin həssas olduğu məqamları gündəmə gətirəcək”.
Bunu Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
O bildirib ki, biz hazırda Ermənistanın hiyləgərlikləri ilə qarşı-qarşıyayıq:
“Görəsən, Moskva İrəvanın bu cür hiyləgərliyinə niyə icazə verir?! Ümid edirik ki, Rusiya bundan sonra Ermənistanın hiyləgərliklərinə, qeyri-konstruktivliyinə icazə verməyəcək. Düşünürəm ki, Rusiya 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarına sadiqdir. Digər tərəfdən, gördüklərimiz və eşitdiklərimiz var. Bu məqamda Rusiyanın 10 noyabr bəyanatının altına atdığı imza ilə Kremldən, Putindən ona yaraşan şəkildə mövqe sərgiləyəcəyinə inanırıq. Digər bir məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Rusiya kifayət qədər məsuliyyət daşıyır. Müxtəlif açıqlamalar gəlir. Onlardan biri də Azərbaycan torpaqlarının, Qarabağın praktiki təxribatlardan qorunmasıdır. Eyni zamanda Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı məsuliyyətini də ayrıca vurğulamaq lazımdır. Əsas sual budur ki, niyə Qarabağda və Zəngəzurda Ermənistanın hiyləgərlikləri ilə qarşı-qarşıyayıq?!”
Abdullah Ağar qeyd edib ki, bu, son dərəcə kritik zirvə görüşüdür:
“İdlibdə vəziyyət çox gərgin olduğu üçün ruslar hərbi əməliyyatın ilk mərhələsində hava zərbələrini artırdı və hərbi hədəfləri vurdu. Türkiyə və Rusiya İdlibdə üz-üzə, qarşı-qarşıya qaldığı bütün nüansları aydınlaşdıracaq. Bu konyukturada, ruslarla birlikdə hazırladığımız əməkdaşlıq modelləri proseslə bağlı müzakirələri daha da çılğınlaşdıracaq nüanslardandır. Soçidə bir neçə məsələ əsas müzakirə mövzusu olacaq. Bizim Rusiya ilə əməkdaşlığımızın mənzərəsi rəqabətli əməkdaşlıq, mübarizə əməkdaşlığı, ziddiyyətli əməkdaşlıq, qarşıdurmalı əməkdaşlıq səviyyəsində ölçülür. Hamısını birtəhər sınadıq. Yəni daha çox format varmı? Var! Masada geriçəkilmə olmayacaq. Cənab Ərdoğanın Rusiya səfərindən nə əldə ediləcəyi təkcə İdlib üçün deyil, dünyanın lövbərli geosiyasi mənzərəsi və etibarlılıq prezumpsiyası üçün də son dərəcə əhəmiyyətlidir. Türkiyə qlobal müstəvidə ABŞ-dan uzaqlaşarkən Rusiya bir “vizyon” inkişaf etdirə bilmədi. Kreml daha çox bir missioner kimi çıxış etdi. İndi Rusiya hiyləgər, fürsətçi davranacaq, yoxsa daha böyük oynayacaq? Əsas sual budur. Ümumiyyətlə, Rusiyanın böyük oyun qurmağa gücünün yetib-yetməyəcəyi bəlli olacaq. Böyük olmaq üçün kifayət qədər güclüdürmü? Məncə, bir qədər də bu haqda düşünməliyik”. / publika.az