Ukraynalı ekspert: “Ermənistanın törətdikləri cinayətlərə beynəlxalq məhkəmədə baxılmalıdır”

“Ermənistan tərəfi hansısa hərbi obyektlərə zərbə endirmək adı altında dinc əhaliyə qarşı cinayətlər törədib”.

Bunu “İnformasiya müqaviməti” qrupunun hərbi və siyasi şərhçisi Aleksandr Kovalenko Ermənistanın Vətən müharibəsinin gedişində Gəncə şəhərində törətdikləri dağıntıları şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, şübhəsiz ki, cəbhədəki vəziyyətin şərtləndirmiş olduğu insanlığa qarşı cinayətdir.

“Fikrimcə, buna görə cəza verilməlidir və bu məsələyə birbaşa beynəlxalq məhkəmə instansiyalarında baxılmalıdır”, – ekspert bildirib. / report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password