AŞPA məruzəçisi: “Ağdam şəhərində vaxtilə insan yaşadığına inanmaq olmur”

“Ağdam şəhərində vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur”.

Bunu Avropa Şurası Parlament Assembleyasının (AŞPA) bu gün keçirilən payız sessiyası zamanı “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabatın müəllifi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bildirib.

“Ağdamda olduğum zaman şəhərin yerlə yeksan olduğunu gördüm. Əvvəllər 30 min əhalisi olan şəhər tamamilə xarabalığa çevrilib. Bu şəhərdə əvvəllər insanların yaşadığına inanmaq belə bu gün çətindir” – məruzəçi deyib.

İrlandiyalı deputat AŞPA üzvlərini iki xalq arasında sülhün yaranması naminə fəal tədbirlər görməyə dəvət edib: “Sülhə nail olmaq üçün qarşılıqlı inamın yaranması vacibdir. Bunun üçün biz əlimzdən gələni əsirgəməməliyik”. / report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password