Ermənistan müharibədə Rusiyadan istifadə etmək istəyirdi, ancaq… – Kuznetsovdan ŞOK

 

“Düşünürəm ki, 44 günlük müharibənin başlamasında əsas səbəb Ermənistanın qarşı tərəfi düzgün qiymətləndirməməsi və öz qüvvələrini düzgün hesablamaması idi. İrəvan bölgədəki hərbi-siyasi vəziyyəti tamamilə qeyri-adekvat qiymətləndirdi və bu sistemli səhvin əvəzini də aldı”.

Bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, erməni generalları 1988-1994-cü illər Qarabağ müharibəsi modelinə uyğun olaraq Rusiyadan mütləq kömək alacaqlarına əmin idilər.

Ekspertin fikrincə, buna görə də Ermənistan ordusunun bütün hərbi doktrinası ilk zərbəni vurmaq, Azərbaycanı müharibəyə sürükləmək və rus hərbçilərinin arxasında gizlənmək, eyni zamanda bəzi yeni əraziləri ələ keçirmək niyyətində olub: “ “Yeni müharibə-yeni ərazilər” anlayışı ilə İrəvan başqa bir Azərbaycan torpağını tez zamanda ələ keçirmək və sonra müharibə ilə Rusiya ordusunun süngülərindən istifadə etmək istəyirdi. İki milyon əhalisi olan və buna uyğun səfərbərlik potensialı olan bir ölkə 10 milyonluq ölkə ilə vuruşmağa çalışdığı zaman düşünülməmiş mövqe ortaya qoyuldu. Azərbaycan tərəfi 10 qat daha güclü bir ordu qura və təchiz edə biləcək potensiala malik idi. Ermənistan kənardan gələn dəstəyə inanırdı və onların bütün hərəkətləri təkcə buna əsaslanırdı, həm sentyabrın 27-də səhər raket və artilleriya zərbəsi zamanı, həm də bundan əvvəlki təxribatlara görə bu, belə idi. Bunlardan ən başlıcası isə 12-16 iyul 2020-ci il tarixlərində cəbhə xəttindən 150 km aralıda baş verən Tovuz döyüşləri idi. Hətta o zaman – iyul ayında da gərginliyin təkcə qoşunların demarkasiya xəttində baş vermədiyi aydın idi. Qarabağ, Tovuz və Naxçıvan da daxil olmaqla, Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca döyüş gedirdi. Düşünürəm ki, hər iki tərəf bu anı gözləyirdi, amma Azərbaycan hərbi-texniki, səfərbərlik və əməliyyat-taktiki baxımdan daha çox hazır idi”.

O.Kuznetsov qeyd edib ki, müharibənin nəticələri Ermənistanın mövcud vəziyyətlə bağlı fikirlərinin reallıqdan nə qədər köklü şəkildə uzaqlaşdığını göstərib: “Maddi və texniki ziyan görən Ermənistan ordusunun tam məğlubiyyətini birmənalı şəkildə bildirmək lazımdır. Düşünürəm ki, Ermənistan ordusu 15-20 ildən sonra döyüş effektivliyini bərpa edə biləcək. Azərbaycan 44 günlük müharibənin ildönümünü yüksək əhval-ruhiyyə və döyüş ruhu ilə qeyd edir, ölkə iqtisadi inkişaf dalğası yaşayır. Müharibə isə Ermənistanda daxili siyasi xaos yaradaraq erkən parlament seçkilərinə səbəb oldu. Bunun nəticələri hələ də aradan qaldırılmayıb. Hər hansı bir siyasi xaos ölkə iqtisadiyyatında sabitliyin pozulmasına gətirib çıxarır, çünki insanların kütləvi mitinqlərdə iştirakı onları yaradıcı işlərdən yayındırır. Ermənistan iqtisadiyyatı çox ciddi zərbə aldı, makroiqtisadi göstəricilər kəskin aşağı düşdü”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password