İtalyan analitikdən İDDİALI ÇIXIŞ: Türkiyə bunu edərsə…

İtalyan analitik Daniel Santoro Türkiyənin “Mavi Vətən”i Egey və Şərqi Aralıq dənizində həyata keçirəcəyi təqdirdə tam bir supergücə çevriləcəyini söyləyib.

Santoro Türkiyənin suverenliyini Egey və Kiprə qədər uzadacağı təqdirdə, bu vəziyyətin ABŞ-ın maraqlarına ciddi şəkildə zidd olacağını bildirib.

“Bu səbəbdən ABŞ lazım gələrsə, Türkiyəyə qarşı çıxmaq məcburiyyətində qalacaq. Təbii ki, bu, birbaşa hərbi yolla edilə bilməz. Fransa kimi ölkələrin Türkiyəyə qarşı Yunanıstana dəstək verəcəyini düşünürəm”.

Türkiyənin Liviyadakı hərbi varlığından da söz açan analitik qeyd edib ki, Türkiyənin Liviyanı tamamilə özünə bağlaması ABŞ-ın marağında olmayacaq və Türkiyənin böyük bir sıçrayış etməsinə imkan verəcək.

O, Kiprin Türkiyə üçün strateji əhəmiyyətə malik olduğunu və “Mavi Vətən” siyasətinin Kipr olmadan həyata keçirilə bilməyəcəyini əlavə edib: “Türkiyənin kiçik bir hissəsi olan Kipr Anadolu ilə çox bağlıdır və bu ada türklər tərəfindən öz milli ərazilərinin ayrılmaz hissəsi olaraq qəbul edilir. Kiprdə tək bir türk olmasa belə, onun Türkiyə üçün əhəmiyyəti heç zaman dəyişməyəcək, çünki Türkiyə üçün bura geosiyasi məsələdir”. / publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password