Almanlar Merkel üçün darıxmayacaqlar – Vəzifədən gedən Kanslerin sonluğu

 

Almanların böyük əksəriyyəti Kansler Angela Merkel üçün darıxmayacaqlarını bildiriblər.

“Reuters”in verdiyi xəbər’ görə, “Civey” İctimai Rəyin Araşdırılması İnstitutunun apardığı sorğunun nəticələri belə deməyə əsas verir.  Belə ki, Almaniya sakinlərinin yarıdan çoxu Angela Merkeli kansler vəzifəsindən getdikdən sonra xatırlamayacaqlarını açıqlayıblar.

Sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi  “Merkel üçün darıxacaqsınızmı?” sualına mənfi cavab verib. Eyni zamanda respondentlərin 38 faiz hazırkı hökumət başçısının gedişinə üzüləcəklərini və onun vəzifəsini tərk etməsini istəmədiklərini bildiriblər.  Sorğuda iştirak edənlərin 10 faizi isə suala cavab verməkdə çətinlik çəkdiklərini vurğulayıblar.  Araşdırmada 5 mindən çox (5007) Almaniya vətəndaşı iştirak edib. Sorğu Sentyabrın 22-24 sentyabr tarixində keçirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password