Qərbi Azərbaycana Qayıdış Birliyi artıq yeni adda fəaliyyət göstərəcək

 

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin 22 sentyabr 2021-ci il tarixdə konfrans keçirilmişdir.

Aktualinfo.org xəbər verir ki, bu barədə Birliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Konfransın gündəliyinə Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin adının dəyişdirilməsi, yeni adda olan təşkilatın nizamnaməsinin təsdiqi, yeni tərkibdə İdarə heyəti və Mərkəzi Nəzarət Təftiş komitəsinin üzvlərinin, müavinlərin və sədrlərin seçilməsi, sənədlərin dövlət qeydiyyatına alınması məsələləri salınmışdır. Müzakirələr nəticəsində günün tələblərinə uyğun olaraq artıq birliyin təşkilata çevrilməsi məsələsi qaldırılıb. Konfransda iştirak edənlər təşkilata bir neçə variantda ad təkilf ediblər. Açıq səsvermə yolu ilə təşkilatın adı Qərbi Azərbaycan (indiki Ermənistan) Azadlıq Təşkilatı (QAAT) olaraq qəbul edilib. Sonra təşkilatın yeni Nizamnaməsi müzakirə olunub və yekdilliklə təsdiq edilib. Təşkilata yeni tərkibdə 11 nəfərdən ibarət İdarə Heyəti seçildi və onların tərkibindən Əli Vəliyev sədr,  Namiq Aslanov, Qasımov İntiqam, Qəhrəman Qəhrəmanov müavin seçiliblər. Konfrans həm də təşkilatın Mərkəzi Nəzarət Təftiş Komitəsinin 5 nəfədən ibarət üzvünü və bu tərkibdən Kamran Qasımovu sədr və Konul Vəliyevanı müavin seçib. Təşkilatın sənədlərinin hazırlanıb dövlət qeydiyyatına verilməsi Rövşən Həsənova həvalə edilib. Bununla da konfrans öz işini bitirib.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password