Ombudsman İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Ombudsman Səbinə Əliyeva qonaqlara Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzkarlıq, işğalçılıq və terror siyasəti nəticəsində soydaşlarımızın insan hüquq kobud şəkildə pozulması, mülki əhaliyə qarşı törədilən mürahibə cinayətləri barədə ətraflı məlumat verib.

Ombudsman 27 sentyabr 2020-ci il tarixindən Ermənistanın növbəti ərazi iddiaları ilə ölkəmizə qarşı təcavüzü zamanı yaşayış obyektləri, sosial infrastruktura, mədəni-tarixi abidələrə, eyni zamanda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması nəticəsində uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı və dağıntlıların olduğunu bildirib. Müvəkkil vurğulayıb ki, Azərbaycan Respublikası özünümüdafiə hüququndan istifadə edib və öz əzəli torpaqlarının bütövlüyünün bərpası məsqədi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun əks-həmlə əməliyyatları başlaması və 44 günlük Vətən müharibəsi nəticəsində taxiri ədalət bərqərar olunmuş və işğal altında olan ərazilərimiz azad edilib.

Qeyd edək ki, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti işğaldan azad edilmiş, həmçinin Vətən Müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və infrastrukturlara hədəflənən raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdədirlər. / apa.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password