Dünyaya meydan oxuyan Çin iqtisadi böhranla üz-üzə – dünyaya hansı təsirləri olacaq?
Hazırda dünya miqyasında baş verən iqtisadi dəyişikliklər arasında, daha çox diqqəti cəlb edən Çinin daşınmaz əmlak bazarında baş verənlərdir.
Belə ki, Çin iqtisadiyyatında böhran başlayarsa, bu bütün dünyada öz dərin təsirlərini qoyacaq. Artıq indiyə qədər Çinin iqtisadi inkişafını təmin edən modelin sona çatması aydın görünür. Bu ölkənin daşınmaz əmlak bazarı isə katastrofik həddədir
Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Kanada əhalisinin hamısı Çində istifadəsiz qalmış 90 milyon boş mənzildə yerləşə bilər. Ölkənin ÜDM-nin 29 faizi daşınmaz əmlak sektorunun payına düşür. Defolt həddində olan nəhəng Evergrande Group şirkətinin börcu isə 330 milyarddan (Azərbaycanın strateji ehtiyatlarından təqribən 6 dəfə) artıqdır. Çinin təkcə dövlət sektorunun borcu ölkənin ÜDM-nin 300 faizini təşkil edir və ABŞ-la müqayisədə daha çıxılmaz vəziyyətdədir
Indi ekspertlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin növbəti qərarını gözləyirlər. Ümumdünya iqtisadi böhranı tədricən daha ağır formada özünü göstərir və bu böhranın zərbələri ilk növbədə Azərbaycan kimi davamsız iqtisadiyyatları hədələyir. Çünki tamamilə təcrid edilmiş və yalnız neft pulları hesabına yaşayan iqtisadi model təkcə xaricdən gələn neft dollarlarından asılı deyil, istənilən kəskin dəyişiklik nəticəsində vəziyyət nəzarətdən çıxa bilər
Məsələn, ABŞ dolları dəyərdən düşərsə, bunun təsiri amerikalılardan daha çox, öz ehtiyatlarını xaricdə saxlayan və tamamilə bu ehtiyatlardan asılı olan ölkələrdə özünü göstərəcək.
Qaşqay İsmayıl, iqtisadçı