“Krım Rusiya deyil, bunu tanımırıq” – Müttəfiqlərdən etiraz

 

Avropa Birliyi Rusiyanın qanunsuz olaraq ilhaq etdiyi Ukraynanın Krım bölgəsində Dövlət Dumasına keçirdiyi seçkiləri tanımadığını açıqlayıb.

AB-nin 17-19 sentyabr tarixlərində Rusiyada keçirilmiş seçkilərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyasının ölçüsünü və formasını ciddi şəkildə məhdudlaşdırdığını bildirib.

Açıqlamada seçkilər ərəfəsində müxalifətçi siyasətçilərə, qeyri-hökumət təşkilatlarına və müstəqil media qurumlarına qarşı təzyiqlərin artdığı deyilib.

Açıqlamada həmçinin AB-nin Krım və Sevastopol şəhərinin qanunsuz ilhaqını tanımadığı və işğal altında olan Krım yarımadasında keçirilən qondarma seçkiləri tanımadığı da bildirilib.

Açıqlamada qeyd olunub:
“Rusiyanın Ukraynanın Donetsk və Luqansk bölgələrini seçkilərə daxil etmək qərarı Minsk razılaşmalarının ruhuna və məqsədlərinə ziddir. AB Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password