“Qızıl buts” mükafatı Levandovskiyə təqdim olunub

 

Polşa millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovskiyə “Qızıl buts” mükafatı təqdim olunub.

33 yaşlı hücumçu 2020/2021 mövsümündə Bundesliqada 42 qola imza atıb.

Təcrübəli forvard İspaniya “Barselona”sından Fransa PSJ-sinə keçən Lionel Messini (30 qol) və İtaliya “Yuventus”unu İngiltərə “Mançester Yunayted”inə dəyişən Kriştianu Ronaldunu (29 qol) geridə qoyub.

Qeyd edək ki, Robert Levandovski “Bavariya”da 2014-cü ildən forma geyinir. “Qızıl buts” mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password