Kabildə kritik görüş: 3 lider ölkə xüsusi nümayəndə göndərdi
Əfqanıstan Baş naziri vəzifəsini icra edən Məhəmməd Həsən Axund Kabildə Rusiya, Çin və Pakistanın xüsusi nümayəndələri ilə görüb.
Bu barədə “Taliban” hərəkatının nümayəndəsi Əhmədullah Müttəki “Twitter” hesabında məlumat verib.
Bildirilib ki, görüş Kabildə baş tutub. Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Pakistanın Kabildəki səfiri Mansur Əhməd Xan, həmçinin ÇXR-in Əfqanıstandakı diplomatik nümayəndəliyinin rəhbəri Van Yu iştirak edib.
Görüş zamanı müzakirə ediləcək məsələlərdən biri də ticarət və mülki aviasiya uçuşları üçün Kabil hava limanının yenidən açılmasıdır.
Xatırladaq ki, sentyabrın 18-də “Taliban” sözçüsü Suheil Şahin kabinetin son qurulmasının bir neçə gün və ya ay çəkəcəyini söyləmişdi. Onun sözlərinə görə, kabinetin tərkibində dəyişikliklər mümkündür. O qeyd edib ki, indiyə qədər bütün vəzifələr müvəqqəti vəzifə statusuna malikdir.