Fransızlar təhqir olundu, Avropa parçalanır
ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanmış AUKUS razılaşması Fransaya təhqirdir və Avropanı parçalayır.
Bu sözləri Avroparlamentdə təmsil olunan ən böyük fraksiyalardan biri – Avropa Xalq Partiyasının rəhbəri Manfred Beber deyib.
“Razılaşma Fransa üçün diplomatik təhqirdir və Çini Sakit okean regionunda əsassız olaraq parçalayır”, – deyə M.Beber bildirib.
Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.