Prezident Ərdoğan ABŞ-da yaşayan türk icması ilə görüşəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcəyi Nyu Yorka gedib.

Con Kennedy adına hava limanında Türkiyə liderini ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Vaşinqtondakı səfiri Həsən Murat Mercan və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə dövlət başçısını səfərdə Milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Ədalət və inkişaf partiyasının (AKP) Türkiyədəki sədr müavini Binəli Yıldırım müşayiət edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk icması ilə görüşəcək. ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsinin təşkilatçılığı ilə baş tutacaq görüş Nyu-Yorkun Manhetten adasındakı “Manhattan Center”də keçiriləcək. Türkiyə prezidenti görüşdə çıxış edəcək. Görüş bu gün ABŞ vaxtı ilə saat 4:00-da baş tutacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək. Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.

Dövlət başçısının səfəri 3 gün davam edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password