“Vaksin olunmayan tələbəni universitetə buraxmayacağıq” – Qayda

 

İki ilə yaxın fasilədən sonra 29 sentyabrdan universitetlər qapılarını tələbələrin üzünə açacaq. Qərara əsəsən, 18 yaşından yuxarı tələbələrin dərslərdə iştirak etməsi üçün COVID pasportu və ya əks göstəriş sertifikatı tələb olunur. Əks göstəriş sertifikatları ilə bağlı müraciətlərin sayı çox olduğuna görə isə cavablar gecikir. Bəs bu halda tələbələrə güzəştlər tətbiq olunacaqmı?

Mövzu ilə bağlı universitetlərdəki vəziyyəti araşdırdıq.

Bakı Dövlət Universitetindən bildirilib ki, tələbələrin vaksin statistikası aparılır. Artıq tələbələrin böyük əksəriyyətinin vaksin pasportu və ya immunitet sertifikatı var.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, müəllimlər, universitet əməkdaşları və tələbələri Operativ Qərargahın qərarına uyğun olaraq vaksinasiya prosesində iştirak edir. Son məlumata görə, müəllim və əməkdaşların 90 faizi, tələbələrin isə 77 faizi vaksinasiya prosesində iştirak edib. Universitetin daxili və həyətyanı ərazisi mütəmadi dezinfeksiya olunur. Bu işlər bundan sonra da davam etdiriləcək.

Azərbaycan Dillər Universitetində də təlimatlara uyğun olaraq, bütün karantin qaydalarına riyaət olunur. Bildirilib ki, universitet əməkdaşlarının və pedaqoji heyətin vaksinləşmə ilə bağlı hər hansı problemi yoxdur. Tədris ənənəvi olaraq başladıqdan sonra bütün qaydalara ciddi riayət olunacaq. Qaydalara əsasən, 18 yaşından yuxarı hər kəsdən vaksin pasportu tələb edilir. Bu qayda universitet yataqxanasında da tətbiq olunacaq. Əks göstəriş seritifatı gecikən tələbələr üçün müəyyən addımlar atılacaq.

Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, qaydalara uyğun olaraq, vaksin olunmayan tələbə və əməkdaşlar universitetə buraxılmayacaqlar. Tələbə və əməkdaşların universitetə daxil olmasına quraşdırılmış texniki avadanlıqlar vasitəsilə nəzarət olunacaq. Əks göstəriş seritifikatı gecikdiyi üçün dərslərdə iştirak etməyən tələbələrə isə xüsusi güzəşt nəzərdə tutulmayıb. Universitetdə davamiyyətə elektron qaydada nəzarət olunur. 15 dəqiqə ərzində davamiyyət qeydə alınır və sistem bağlanır. Tələbələr üzrlü səbəbdən arayış təqdim etdikdə, arayışa uyğun qaydalar tətbiq olunacaq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də eyni qaydalar qüvvədədir. Digər universitetlərdən fərqli olaraq isə bu ali təhsil müəssisəsində əks göstəriş seritfikatı almaq üçün növbədə olan tələbələr müraciət etmələri ilə bağlı universitetə sənəd təqdim etdikləri halda, dərslərə buraxılacaqlar./teleqraf.com

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password