Şəhid ailəsi Qəbələdə bürokratik əngəlliklərlə üzləşib – ŞİKAYƏT

 

Qəbələ rayonu, Tikanlı kəndində yaşayan şəhid ailəsi  Bayramov Ayaz Ağanməd  oğlu  tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidmətinin rəisinə və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin və Bum kənd Bələdiyyəsinin korrupsiya əməllərinin, bürokratik əngəlliklərinin dərhal qarşısının alınması və ərizəsinə uyğun olaraq qanunvericiliyin tələblərinin yerinə yetirilməsi barədə şikatət ərizəsi ünvanlanıb.

Aktualinfo.org Tikanlı kəndində yaşayan şəhid ailəsi Ayaz Bayramovun sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir.O, yazır:

Mən hazırda 6 nəfərlik  ailəmlə və eyni zamanda 3 bacımla – (cəmi 9 baş olmaqla) birlikdə 50 ildir ki, Qəbələ rayonun Tikanlı kəndindəki  ata yurdu olan 3 otaqlı köhnə və təmirsiz fərdi  evimdə yaşayıram. Bir neçə il əvvəl rəhmətə getmiş atam Ağəmməd Bayramov evimizin və həyətyanı torpağımızın çox darısqal olduğunu nəzərə alaraq, yəni evdə 2 oğlu və 3 qızının eyni zamanda 3 nəvəsinin yaşadığı köhnə evdə heç bir şərait olmadığına görə 1997-ci ildə “Şahdağ” Aqrqar İslahat Komissiyasına ərizə ilə müraciət edərək 0.2 ha həyətyanı torpaq sahəsinin verilməsini xahiş etmişdir. Yerli Aqrar İslahat Komisiyası da ərizəyə müsbət cavabvermiş, faktiki vəziyyəti yerində yoxladıqdan sonra atama bir şəhid ailəsi kimi yaşadığımız kəndin yaxınlığında, 1 km-də yerləşən, lakin qonşu  Qəbələ rayonun Bum kəndi ərazisinə düşən bağ sahəsindən həyətyanı torpaq kimi 0.2 ha sahə qanuni formada ayrılmışdır. Biz həmin torpaq sahəsinin kənarını bərkitmiş, daxilini daşlardan təmizləmiş və ev tikmək üçün normaya salmışıq. Lakin çox təəssüflər olsun ki, həmin ərazi 2000-ci ildən sonra yerli ərazi Bum Bələdiyyəsinə aid olmuşdur. Lakin yerli bələdiyyə həmin bizim ailəyə ayrılan torpaq sahəsinin biz şəhid ailəsinə sənədləşməsinə müxtəlif bəhanələrlə imkan verməmişdir. Son illərdə isə daha qabağa gedərək özbaşına, razılığımız olmadan həmin bizə verilmiş ərazini kənar fiziki şəxslərə dəfələrlə arxa tarixlə satmaq istəmişdir. Lakin biləndə ki, bu kənarı bərkidilmiş ərazi 1997-ci ildən biz şəhid ailəsinə verilmişdir, o zaman sakinlər verdikləri rüşvəti bələdiyyədən geri alaraq getmişlər. Xatırlatmaq yerinə düşər ki, hazırda bizim yaşadığımız Tikanlı kəndi hər iki tərəfdən çay vadisilə əhatə olunduğundan bələdiyyənin fondunda torpaq sahəsi yoxdur.

 Budur, atam sağlığında dəfələrlə yerli DTXK-nin Qəbələ rayon şöbəsinə rəsmi müraciətlər edərək ona verilmiş həmin 0.2 ha torpaq sahəsinin mülkiyyət sənədini almaq istəmişdir. Lakin qurum hər dəfə 16 mart 2007-ci ildə verdiyi rəsmi cavabda qeyd edir ki, “ Yaxın vaxtlarda Sizin tələb etdiyiniz sahənin mülkiyyət hüququna dair şəhadətnaməsi hazırlanaraq Sizə təqdim ediləcəkdir”. Lakin illər keçsə də rəhmətlik atam bu dəstəyə rüşvət vermədiyi üçün onu illər uzunu süründürməçiliyə salmışlar.Nəhayət son müraciətimə bu ilin 16 iyununda Əmlak Məslələri DK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti rəisinin müavini Elşad Məmmədovun məntqsiz və əsassız cavabını aldıq. “ Bum kəndi, “Şahdağ” kolxozu, Yerli Aqrar İslahat Komissiyasının tərtib etdiyi 25 dekabr 1997-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair aktı hüquq müəyyənedici sənəd deyil, həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd olduğundan , sözügedən aktda göstərilən 0.2 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır.” Dərhal təbii sual yaranır. Bəs niyə qonşuluqda Yerli Aqrar İslahat Komisiyasının qərarı  əsasında paylanılmış digər torpaq sahələrinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən mülkiyyət sənədləri verilmişdir? Bəli, vaxtilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bizə ayrılmış 2000 kv.m torpaq sahəsi üçün Torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmalı və Dövlət Torpaq Kadastrı kitabında  uçota alınmalı idi. Buna görə biz fiziki şəxsin heç bir günahı ola bilməz. Bu gün bu işi DTXK-nin əvəzinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən həyata keçirilə bilərdi. Amma bu qurum bizə formal və əsassız cavab yazmaqla işini bitmiş hesab edir.

 Cənab Prezident. Bir daha xatırlatmaq istəyirəm ki, bizim hazırda köhnə və təmirsiz 3 otaqlı ata yurdu hesab edilən və 90 il əvvəl inşa edilmiş heç bir şəraiti olmayan evimizdə son 28 ildə bizim ailəyə dövlət tərəfindən heç bir imtiyaz tətbiq edilməmişdir. Nə bir avtombil, nə bir mənzil, nə bir iş, nə pul mükafatı, nə bayram günlərində,nə də hətta H.Əliyev Fondunun təşkil etdiyi yardımlardan yararlanmışıq. İstədiyimiz tək bir mənzil problemini həll etmək üçün bizim adımıza verilən bu 0.2ha torpaq sahəsidir ki, onu da sənədləşməsinə imkan verilmir, yerli bələdiyyə isə özbaşına satıb mənimsəmək istəyir. Bu torpağı sənədləşdirə bilsəydik ev tikmək barədə düşünərdik. Nə yazıq ki, yerli bürokratlar biz şəhid ailəsinə nəinki kömək etmək, heç maraqlanmayıbar, İndi də bürokratiya girdabında qalmışıq pis vəziyyətdə. Bilmirik kimə müraciət edək. Ona görə son ümid yeri kimi Sizə rəsmi müraciət edərək xahiş edirik ki, 1997-ci ildən bizə ayrılmış 0.2 ha ərazinin mülkiyyət sənədinin alınmasına və həmin ərazidə dövlət hesabına şəhid ailəsi üçün bizə ev tikilməsinə göstəriş verəsiniz.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password