“Bu qanunun müzakirəsinə korifeylərimiz də dəvət olunacaq” – Qənirə Paşayeva

 


Məlum olduğu kimi, Milli Məclisdə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanıb.

Parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıqlamasında qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılacağını deyib:

“Ölkəmizdə bu istiqamətdə görülən işlərə dəstək olaraq qanunvericilik bazasında da addımlar atılması vacibdir. Muğam sənətinin inkişafı, qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, eyni zamanda dünyada yayılması kimi məsələləri özündə əks etdirən böyük bir qanun layihəsi məndən öncə Mədəniyyət Komitəsinə rəhbərlik etmiş dəyərli alimimiz Rafael Hüseynov tərəfindən hazırlanıb.

Müvafiq qurum olan Mədəniyyət Nazirliyi ilə bu ətrafda sıx müzakirələr gedir. Hazırda layihə Mədəniyyət Komitəsinin gündəliyindədir. Bu layihə hazırlananda muğam sənətinin böyük korifeyləri ilə, yaradıcı təşkilatlarla müzakirələr aparılıb.

Hər zaman çalışırıq ki, Mədəniyyət Komitəsində hansı sahə ilə bağlı qanun layihəsi hazırlanırsa, o sahədəki böyük mütəxəssislərimizin, korifeylərimizin rəyini, fikrini alaq. Hətta layihələrdən kənar da mütəmadi olaraq yaradıcı təşkilatlarla Mədəniyyət Komitəsində görüşümüz olur. Onların təklifləri, fikirləri dinlənilir. Qanunvericiliklə bağlı hansısa təklifləri varsa, o istiqamətə diqqət ayırırıq.

Təbii ki, qanun layihəsi parlamentdə müzakirə olunarkən dəyərli mütəxissislərimiz də dəvət olunacaqlar. Hamımızın istəyi odur ki, bu sənəd muğam sənətinə öz töhvəsini versin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password