Bakı tələb edir, Tehran xahiş: ermənilərin “nəfəsliyi” bağlanır

 

İran səfiri ikinci dəfə Prezident Administrasiyasında oldu: baş verənlər fonunda Bakının tələbi, Tehranın xahişi var;

Bakı Tehrana Xankəndinə qanunsuz daşımanı dayandırmağı tələb edir və yalnız bu halda İran sürücülərinin işi asanlaşdırıla bilər: Xankəndinə yük aparan iki sürücünün sənədlərlə Gorus-Qafan yolunda saxlanılması Bakının tələbində əlini gücləndirdi;

Tehran yolda yük maşınlarının keçidinin asanlaşdırılması xahişini edir və istisna deyil ki, bunun üçün Xankəndinə yük daşınmasını dayandırmaq sözünü verib: İranın problemi həll etməsi üçün indi belə vəd verməsi gözləniləndir; Paşinyan “yaxasını kənara çəkməklə”, məsələnin Bakı və Tehran arasında həll edilməsinə çalışır; hazırda İran TIR-ları Gorus-Qafan yolu istiqamətində qalıb və erməni tərəfi yalnız keçilməz olan alternativ yol təklif edə bilir;

Gorus-Qafan yolunda “yumşalmanın” olması mümkündür, lakin Bakı anlayır ki, verilən sözlər eyni addımın atılmayacağının zəmanəti deyil: İran Xankəndinə göndərdiyi yükləri bərbad vəziyyətdə olsa da, alternativ yolla Ermənistana, oradan Qarabağa keçirə bilər;

Təbii ki, Azərbaycan məsələni nəzarətdə saxlayacaq: Laçın dəhlizində vizual nəzarət imkanları analoji addımın müəyyən edilməsinə imkan verir;

O şübhəsizdir ki, artıq İranın Ermənistana və Qarabağa yük daşıması əvvəlki qədər asan olmayacaq və bu, Xankəndidəki ermənilərin təminatında da problemlər yaradacaq.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password