Prezident sarayında atışma: “Taliban”ın bu lideri itkin düşdü, sonra…

 

“Taliban” siyasi idarəsinin itkin düşmüş lideri Əbdül Qani Baradarın yeni fotosu yayılıb.

Bu barədə “Sputnik Əfqanıstan” “Telegram” kanalında məlumat yayıb .

Məlum olub ki, “Taliban” hökumətində baş nazirin birinci müavini təyin edilən Baradar Əfqanıstanın yeni nazirlər kabinetinin tərkibi ilə bağlı mübahisədən sonra Kabildən Qəndəhara yola düşüb.

Baradar və Miqrasiya naziri Xəlil əl-Rəhman Haqqani arasında prezident sarayında silahlı qarşıdurmanın baş verdiyi barədə məlumatlar var.

“Sputnik Əfqanıstan” Baradarın bütün Taliban hökumətinə qarşı olduğunu yazır.

“Güclü silahlı lider bütün etnik qrupları təmsil etmək istəyirdi, lakin Pakistanın təzyiqi səbəbindən bunu edə bilmədi”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Əfqanıstan sosial şəbəkələrində daha əvvəl Baradarın öldürülə biləcəyi ilə bağlı şaiyələr dolaşırdı. “Taliban” liderinin Qətər Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşə gəlmədiyi zaman bu cür şübhələr ortaya çıxmağa başlamışdı./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password