Paşinyandan etiraf: Azərbaycan bu məqamdan istifadə edir

 

2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanın sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib:

“Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının bildiyi trafertlər və dayaq məntəqəsi yaradılıb”.

N.Paşinyan bildirib ki, 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub:

“Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir”./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password