Lənkəran polisində aparılan istintaq işindən şikayətçi olan vətəndaş məhkəmədən ədalət istəyir – MÜRACİƏT

 

Lənkəran  rayonu, Mamusta kənd sakini, saxta ittihamla günahlandırılan  Vəliyeva Qızvəst Mirahil qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Adminsistrasiyasının hüquq şöbəsinin rəhbəri Fuad Ələsgərova və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə 23 avqust 2021-ci il tarixli saxta İttiham Aktı üzrə barəsində Lənkəran Rayon Məhkəməsində icraata götürülmüş  cinayət işinin ilkin istintaqa qaytarılmasına kömək göstərilməsi məqsədi ilə müraciət ünvanlanıb. 

Aktualinfo.org Mamusta kənd sakini Qızvəst Vəliyevanın sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.O, yazır:

 Xatırladım  ki, Mamusta kənd xəstəxanasında işləyən əmim qızı olan Abbasova Gülbahar Xahəsən qızı mənə bildirdi ki, o rəhmətlik Rövşən Lənkəranskinin anası Hacıxanım ananın yanında katibə kimi də işləyirmiş. Onun köməkliyilə atanın, əminin və diggər tanıdığın adamların əlillik pensiyasına çıxmaq, işə düzəlmək kimi problemlərini çox asan həll edə bilir. İlk növbədə atam Mirahilin ciddi xəstəliyinə görə onunla 2000 manata danışdım. Və əvvəlcə 1000 manat, daha sonra da 1000 manat verdim. Sonra qardaşım Əhmədağanın da pulunu ürək xəstəliyindən pensiyaya çıxmağa görə verdik. Sonra bacım Mirvarinin də beləcə pulunu verdik. Gülbahar bu pulları işlədiyi Mamusta kənd xəstəxanasında baş həkim Şakirə, Talehə( Lənkəran Mərkəzi Xəstəxananın həkimi) və Könülə (tibb bacısına) verərək işi düzəldəcəyini bildirmişdi. Beləliklə bütün ciddi xəstə olan qohum-əqrəbadan – 4 ailədən ibarət 12 nəfərdən( bunların yarısı təqsirləndirlən Gülbahar Abbasovanın anası, atasıdır, qalanı mənim anam, atam, qardaşım və bacım Mirvaridir) əlillik pensiyası və iş düzəltmək adı ilə mənim yanımda Gülbahara cəmi 32800 manat pul verdik. Lakin aradan 8 ay keçdi. O əvvəlcə izah etdi ki. baş həkim sənədləri təsdiq etdirmək üçün yuxarılara verib. Amma koronavirus vaxtı olduğuna görə işlər uzanır. İşi belə görüb əvvəlcə Hacıxanımın evinə getdim. Dedilər hacıxanım ana 1il  6 aydır ki, burada yaşamır, Bakıda olur. Ona görə də Polis Şöbəsinə gəlib şikayət ərizəsi verdim. DİN-nin 102 xidmətinə də bu barədə şikayət etmişdim. İşə əvvəlcə Elvin adl müstəntiq baxırdı. Sonra o heç bir tədbir görmədiyindən işi ondan alıb başqasına verdilər. Amma bir dəfə polisdə olanda polislər Gülbahar haqqında dedilr ki, o adam öz evindən oğurluq etdiyinə görə də izahatı alınıb. Gülbaharla mənim aramda çoxsaylı SMS yazışmalar varki, pulun alınması, kimə verilməsi hamısı olsa da, Lənkəran Polisində bu faktlara qəsdən  əhəmiyyət vermirdi. Məsələn şəhid ailəsi var ki, onlardan 12100 manat pul almışindi,kı oğlunu yaxşı işə düzəltmək adıilə. Amma sonra həmin oğlu müharibədə şəhid oldu. Heç onun da pulunu insafları olub qaytarmırlar ki, ailə onsuz da bədbəxt olub. Bu gün bütün ziyana düşən qohum-əqrəba deyir ki, Qızvst biz biliriı ki, burda sənlik bir şey yoxdur. Biz sənin yanında pulu Gülbahara vermişik. O da aydın olub ki, yaşadığı evi Gülbahar supper təmir etdirib, qalan pulları da baş həkim Şakr və Talehlə bölüblər. Sən şikayət et biz hamılıqla səni müdafiə edəcəyik, şahid ifadəsi verəcəyik. Qorxma. Bir tərəfdən polisin xəstəxananın baş həkimi Şakiri, Gülbaharı izahat vermək üçün dəvət etməsindən sonra onlar məni xəstəxanaya çağırıb hədə-qorxu gəlməyə başladılar. Gülbahar dedi ki, əgər bir də Şakirin, Talehin, Könülün adını polisə versən sənin uşağın 1 iynənin qurbanı olacqdır. Elə baş həkim Şakir də məni xəstəxanaya çağırıb təhdid etmişdi. Heç bilməyəcəksən hansı həkimin əlilə olub. Mən bu hədələmələr haqqında Lənkəran polis Şöbəsinə, İcra Hakimiyyətinə, ərazi kənd nümayəndəsinə, DTX-ya müraciətlər etmişəm. Təkcə İcra hakimiyyətinin hüquqşünası yazır ki, get Lənkəran ŞPŞ-nə  və ya Lənkəran Prokurorluğuna müraciət et. Bundan sonra baş həkim Şakir məni öz otağına çağıraraq hədə-qorxu gəldi ki, Talehin adını çəksən o səni məhkəməyə və prokurorluğa verəcək. O məni həkim Talehin yanına apararaq səsimi gizli yazdı və şərlədi. Gülbahar isə mənə ayrıca narkoman dayısıilə hədlədi ki, səni məhv etdirərəm. Mən hazırda 5 yaşlı  xəstə oğlumla 113 manat pulun ümidilə yaşayırıq. Camaatın pulunu mən qaytara bilmərəm.

Mənim və yaxın qohmlarımın atamın, qardaşımın, bacıın və digər qohum tanışlarımdan xəstəliklə bağlı əlillik dərəcəsinin alınması üçün ayrı ayrı vaxtda əmimqızı olan xəstxana işçisi olmuş Gülbahara verdiyim pulun geri qaytarılması ilə bağlı verdiyim şikayətlərdən sonra  xəsətxananın dələduz həkim dəstəsilə bağlı yeni müstəntiq tərəfindən fevral-iyul ayınadək istintaq araşdırmaları aparıldı. Məni dəfələrlə Gülbaharla üzləşdirdilər. Bütün səs yazıları və votsap yazıları araşdırıldı. Təsdiq edildi ki, Gülbahar ayrı-ayrı vətəndaşların mənim yanımda əlillik dərəcəsi düzəldilməsi üçün aldığı puların hamısını baş həkim Şakir və Taleh həkimə vermişdir. İstintaqın gedişi arasında Gülbahar yaxın qohumlarına bildirmişdi ki, əgər onu həbsə atsalar Baş həkim Şakiri də Taleh həkimi də onu pul yığmağa təhrik etmələrini deyəcək onları ələ verəcəkdir. İstitaqn gedişindən naraht olan Şakir vəTaleh həkim sonda ifşa olunmamamalrı üçün  özlərinə dost bildikləri, seçkilər zamanı yaxından hər cür kömək etdikləri deputat Ziyafət Əsgərovdan xahiş etmişlər ki, Lənkəran Polis rəisinə xahiş etsin ki, başlanmış cinayət işini mənim üzərimə yönəltsin.   Budur, nəhayət mənim barəmdə CM-nin 178.2.1, 178ş2.4.178.3.2 maddəsi üzrə cinayət işi açıb polisin nəzarətinə verdilər.  Lakin işi aparan müstəntiq Elvin, sonradan Əliağa hər dəfə məndən və digər zərərçəkmişlrdən izahat alanda deyirdi ki, Qızəst narahat olma, bütün sübutlar və aktlar Gülbaharın üzərindədir. Yəni təqdimetdiyim səsə yazıları və votsap yazışmaları, zərəçəkənlərin verdikləri izahatlar və s. Hamısı Gülbaharın dələduzluq etdiyini sübut edir. Lakin çox təəssüf ki, 23 iyulda məni təcili olaraq Polis Şöbəsinə dəvət edib yandan fotomu çəkdilər və barmaq izlərimi götürdülülər. İndi mənə aydın olur ki, aparılan istintaq işini 180 dərəcə çevirərərək işi mənim üstümə yönəldiblər ki, göndərsinlər məhkəməyə. Deməli, Şakir Həkim dostu və pulu hesabına istintaqda ədalətsiz qərar qəbul olunmasına nail olmuşdur. O zaman mənim şikayətimdən sonra Lənkəran Polisində son 10 ayda aparılan istintaq işinə nə ehtiyac vardı? Onu da bildirim ki, təkcə mənim atamı istintaq zamanı zərəçəkən kimi qeydə alıblar. Qardaşım, bacımı və digər qohumlarımı isə iş materiallarından kənarlaşdırıblar. Ki, bizim ailənin bütövlükdə mən də daxil zərərçəkən kimi qeydə almasınlar. Ki, mənə qarşı asanlıqla cinayət işi başlaya bilsinlər. Yəni polis müstəntiqi burada əl yeri qoyub ki, dələduz həkim dəstəsilə gizli sövdələşmə baş tutacağı halda Lənkəran polisi cinayətkarları müdafiə edəcəkdir. Bu da sübut olundu.

Mən və digər zərəçəknlər Lənkəran Polis Şöbəsində aparılan saxta istintaq işinə öz etriazımızı bildiririk.Çünki yenicə tələb edib aldığım İttiham Aktında yazılanların çox hiəsi əsassız tərtib edilmiş, çoxsaylı faktlar – səsə yazıları, votsap yazışmalarına əhəmyyət verilməmiş, qardaşım , bacım Mirvarinin adları zərəçəkmişlər kimi göstərilməmişdir. Gülbaharın izahatı və mənim verdiyim izahatlar aktda qeyd edilməmiş, şikayətçilərin bir çoxunun verdikləri izahatlar qəsdən itirilmişdir. Yəni, polsi müstəntiqi konkret olaraq öz maddi marqlarını təmin etmək üçün sifariş yerinə etirərək həkimlər Şakir və Talehlə gizli sövdələşmələr edərək bütün günahları Gülbahar və mənim üstümə atmışlar. Harda görünüb ki, zərərçəkənlər kimi tanınan Gülbahar və mənim valideynlərimizi biz günahlandırılan şəxslər qəsdən aldadaq. Belə  yaramaz praktikaya hələlik heç bir məhkəmədə rast gəlinməyib. Buda İttham Aktının saxtalığını, qurama oladuğunu bir daha sübut edir.

Ona görə də məhkəmədən xahiş edirəm ki, təqdim etdiyimiz maddi sübutların hər birinin yenidən qiymətləndirilməsi və İttiham Aktında qeyd edilməsi üçün məhkəmə icraatına daxil olmuş bu cinayət işinin yenidən araşdırılması (ədalətli) üçün işin yendən ilkin istintaqa qytarıması barədə qərar qəbul edəsiniz.

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password