ÇL: “Bavariya” və “Yuventus” böyük, “Çelsi” minimal hesabla qalib gəlib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.
Gecənin mərkəzi görüşü İspaniyada “Barselona” və Almaniya “Bavariya”sı arasında keçirilib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski vurub.
Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, hazırkı klubu İngiltərə “Mançester Yunayted”i İsveçrədə “Yanq Boyz”a 1:2 hesabı ilə uduzduğu halda, keçmiş komandası İtaliya “Yuventus”u İsveçdə “Malmö”nü darmadağın edib.
Qitənin ən nüfuzlu klub turnirinin qalibi “Çelsi” İngiltərədə Rusiya “Zenit”ini minimal hesabla yenib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 0:3
Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 0:0
F qrupu
20:45. “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 – Kriştianu Ronaldu, 13
Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 (“Mançester Yunayted”)
23:00. “Vilyarreal” (İspaniya) – “Atalanta” (İtaliya) – 2:2
Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 – Remo Fröyler, 6. Robin Qosens, 83
Qırmızı vərəqə: Frensis Koklen, 84 (“Vilyarreal”)
G qrupu
20:45. “Sevilya” (İspaniya) – “Zaltsburq” (Avstriya) – 1:1
Qollar: İvan Rakitiç 42 (pen.) – Luka Suçiç, 21 (pen.)
Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 (“Sevilya”)
23:00. “Lill” (Fransa) – “Volfsburq” (Almaniya) – 0:0
Qırmızı vərəqə: Con Bruks, 63 (“Volfsburq”)
H qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya) – 1:0
Qol: Romelu Lukaku, 69
23:00. “Malmö” (İsveç) – “Yuventus” (İtaliya) – 0:3
Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1
Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.